Oxunma sayı: 131

"Anam əməliyyata sağlam girib, bu vəziyyətdə çıxdı" - İnsult keçirən aktrisanın qızı

Xəbər verdiyimiz kimi, aktrisa Samirə Cavanşir bir neçə gün əvvəl plastik əməliyyat etdirib. Əməliyyatdan sonra isə sənətçi insult keçirib. Başqa bir klinikaya yerləşdirilən Samirə danışa və hərəkət edə bilmirdi.

Aktrisanın qızı Axşam.az-a açıqlama verərək, anası ilə bağlı bəzi məqamları açıqlayıb. O bildirib ki, S.Cavanşiri tanınmış plastik-cərrah Dilqəm Məhərrəmovun xanımı Nərgiz Əhmədova əməliyyat edib:

"Əməliyyatdan əvvəl anam bütün müayinədən keçdi, səhhətində heç bir problem yox idi. Elə ona görə də rinoplastikaya alındı. Prosessi Dilqəm Məhərrəmovun həyat yoldaşı etdi. Bilmirik nədən oldu, amma anam bu əməliyyata sağlam girib, bu vəziyyətdə çıxdı. Ondan əvvəl onun səhhətində heç bir problemi yox idi.

Bəlkə də əməliyyat saatı uzun çəkdi, beyni dözmədi. Hər şeyi ekspertizanın cavabından sonra biləcəyik. Bunu etmək üçün anam sağalmalıdır".

Övladı əlavə edib ki, hazırda aktrisa az-az hərəkət edir:

"Min şükür, getdikcə yaxşılaşır. Yeriyə bilmir. Əvvəl nə deyirdik "hə-hə" deyirdi. İndi isə istədiyini izah edə bilir. Düzdür, sözlərini anlamaq çətindir. Sağ tərəfi iflic olmuşdu. İndi bir az ayağını tərpədir. Yaxşılaşır".

Qeyd edək ki, plastik-cərrah N.Əhmədova eyni zamanda kosmetoloq kimi də tanınır.

DİGƏR XƏBƏRLƏR