Oxunma sayı: 442

Karantini pozan məşhur yenidən cərimələndi

Moskvanın Tver Rayon Məhkəməsi Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkovanı Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət etdiyi üçün 40 min rubl məbləğində cərimə edib.

Bu barədə "RİA Novosti”yə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

"40 min rubl məbləğində inzibati cərimə şəklində cəza təyin edilib”, - agentliyin həmsöhbəti deyib.

İki həftə əvvəl də həmin məhkəmə Voloçkovanı fövqəladə vəziyyətin yaranması təhlükəsi zamanı qaydaların pozulmasına görə 20 min rubl məbləğində cərimələmişdi. Bu inzibati protokol da, həmçinin onun Diveyevoya ziyarət etməsi ilə bağlı idi.

 

Aprelin ortalarında həmin monastırın onlarla sakinində koronavirus aşkarlanmışdı. Aprelin 25-dən monastır karantində idi, eyni tədbirlər Diveyevo kəndi ilə əlaqədar da tətbiq edilmişdi.

İyunun 11-dən Serafimo-Diveyevsk monastırında karantin ləğv olunmuşdu, lakin Diveyevo kəndi çətin epidemioloji vəziyyət səbəbindən əvvəlki kimi karantində qalmaqdadır. Ümumilikdə Diveyevsk rayonunda koronavirusa 424 yoluxma halı qeydə alınıb.

Buna baxmayaraq, Voloçkova monastırı ziyarət etmək qərarına gəlib - nəticədə onun barəsində "fövqəladə hallar zamanı davranış qaydalarını yerinə yetirməmək” və "əhalinin sanitariya-epidemioloji rifahını təmin etmək sahəsində qanunvericiliyin pozulması” ilə əlaqədar inzibati protokollar tərtib edilib.

Balerinanın xahişi ilə protokollar baxılması üçün Moskvaya, onun yaşadığı yerə göndərilib. Voloçkova bildirib ki, Diveyevoda karantinin olması barədə məlumatlı olmayıb. Buna cavab olaraq, regional polisin Mətbuat Xidmətindən "RİA Novosti”yə bildiriblər ki, Diveyevoya daxil olmağa çalışan bütün şəxslər nəzarət postlarında saxlanılırlar.


 

 

 

DİGƏR XƏBƏRLƏR